...

Kolumbiyada ticarət mərkəzində partlayış: 3 ölü, 11 yaralı (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 18 İyun 2017 05:06 (UTC +04:00)
Kolumbiyanın paytaxtı Boqotada "Centro Andino" ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb
Kolumbiyada ticarət mərkəzində partlayış: 3 ölü, 11 yaralı (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 04:03-də yayımlanıb)

Bakı. Trend:

Kolumbiyanın paytaxtı Boqotada "Centro Andino" ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölənlər 23-25 yaş arasında olan qadınlardır, onlardan biri Fransa vətəndaşıdır.

XXX

04:14

Kolumbiyanın paytaxtı Boqotada "Centro Andino" ticarət mərkəzində baş verən partlayış nəticəsində 1 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu şəhərin meri Enrike Penyalosa öz "Twitter" hesabında yazıb.

XXX

04:03

Kolumbiyanın paytaxtı Boqotada "Centro Andino" ticarət mərkəzində partlayış baş verib.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Polislər insanları ticarət mərkəzindən təxliyə edir.

Şahidlərin sözlərinə görə, partlayış ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən tualetdə baş verib. Partlayışın səbəbləri barədə hələlik məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti