...

Müğənni Murad Sadıxdan onu ağladan bəstəkara jest

Mədəniyyət Materials 27 Yanvar 2011 16:02 (UTC +04:00)
Azərbaycan şou-biznesinin, eləcədə "Qafqazın Stiv Uanderi" hesab edilən müğənni Murad Sadıx ötən ilin sonlarında "N:1" adlı ilk albomunu dinləyicilərə təqdim etmiş bəstəkar Cavanşir Babəlioğlu ilə əməkdaşlıq etmək istəyir.
Müğənni Murad Sadıxdan onu ağladan bəstəkara jest

Azərbaycan, Bakı, 27 yanvar /Trend, maxbir Ş.Cavadsoy/

Azərbaycan şou-biznesinin, eləcədə "Qafqazın Stiv Uanderi" hesab edilən müğənni Murad Sadıx ötən ilin sonlarında "N:1" adlı ilk albomunu dinləyicilərə təqdim etmiş bəstəkar Cavanşir Babəlioğlu ilə əməkdaşlıq etmək istəyir.

Trend-ə açıqlama verən Murad nəyə görə bəstəkardan mahnı almaq niyyətində olduğuna aydınlıq gətirdi.

"Cavanşirin mahnılarının yer aldığı alboma demək olar ki, hər gün qulaq asıram. Xüsusilə tanınmış estrada müğənnisi, özümə yaxın dost bildiyim Elnur Məmmədovun ifasında hitə çevrilmiş "Elə eyni" mahnısı dinləyəndə göz yaşlarıma hakim ola bilmirəm. Həmin mahnını mən də ifa etmək istəyərdim. Cavanşirlə şəxsən tanış olmasam da, telefonla tez-tez danışıram. Ümidvaram ki, yaxın vaxtlarda yaradıcılıq əməkdaşlığımız da yaranar. Və o, mənim səs tembrimə uyğun olan bir mahnı yazar", - Murad Sadıx dedi.

Trend-ə açıqlamasında bəstəkarın özü də müğənninin bu arzusundan xəbərdar olduğunu dilə gətirdi.

"Muradın saf ürəyə malik olmasını bəlkə də çox adam bilmir. Mən onun səsinə və musiqi duyumuna heyranam. Özünə də demişəm, sizin vasitənizlə oxucular qarşısında söz verirəm ki, mütləq onun üçün mahnı yazacağam. Və bir qardaş kimi, yaradıcılıq yolunda daim ona yardımçı olmağa çalışacağam. Əsas odur ki, ürəyi musiqi ilə döyünür. Murad kimi istedadları qorumaq lazımdır", - Cavanşir Babəlioğlu bildirdi.

Xəbər lenti

Xəbər lenti