...

Emin Ağalarov: Gələn il üçün böyük planlar nəzərdə tutulub (MÜSAHİBƏ)

Mədəniyyət Materials 21 Dekabr 2011 14:05 (UTC +04:00)
EMİN: "İstədiyim hər şeyə nail olmuşam"
Emin Ağalarov: Gələn il üçün böyük planlar nəzərdə tutulub (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir V.İmanov/

Bakıdakı növbəti solo konserti ərəfəsində məşhur azərbaycanlı müğənni və bəstəkar EMİN (Emin Ağalarov) Trend-ə eksklüziv müsahibə verib.

- Dekabrın 22-də Heydər Əliyev Sarayında "Yeni bir şou" adı altında Sizin növbəti solo konsertiniz baş tutacaq. Bu dəfə tamaşaçıları nə ilə təəccübləndirəcəksiniz?

- Biz tamamilə yeni şou hazırlamışıq. Bu, yeni işıq effektləridir, yüksək sürətlə bir-birini əvəz edən yeni kadr ardıcıllığıdır, mahnıların yeni aranjimanı, bendlərin yeni səslənməsidir. Şounun gedişində sürprizlər olacaq. Bütün sirrləri açmaq istəmirəm, hər şeyi özünüz görəcəksiniz.

- Bu konsertlə Sizin dünya turneniz başlayır. Hansı ölkələrə səfər etməyə hazırlaşırsınız?

- Gələn il üçün böyük planlar nəzərdə tutulub. Əlbəttə, ilk növbədə, artıq uğur qazandığımız ölkələr olacaq. Bunlar Rusiya, Böyük Britaniya və Almaniyadır. Hesab edirəm ki, onlara BƏƏ və Türkiyə, ola bilsin ki, ABŞ da əlavə olunacaq. Avropanın digər ölkələri ilə bağlı vəziyyət sonra aydınlaşacaq.

- Sizin fikrinizcə, Almaniyadakı turne nə dərəcədə uğurlu oldu?

- Bu səfər həqiqətən uğurlu oldu. İlk sinql "Obvious" Almaniyada çıxdı və bununla əlaqədar mən ora ona dəstək üçün getdim. İndi biz artıq bütün alman çatlarının "TOP-100"-ündəyik və "TOP-40"-a, ola bilsin, əgər bəxtimiz gətirsə, "TOP-20"-yə düşmək üçün bütün ehtimallar var. Almaniyada, EMI (Almaniya) üzrə bizim böyük planlarımız var və onlar mənim musiqimin öz ölkələrində müvəffəqiyyətinə inanırlar.

- Siz yaradıcılıq uğurları baxımından bu ili necə qiymətləndirirsiniz?

- Nə istəmişəmsə, hamısını əldə etmişəm. Və məncə, hətta daha çox. Mən məmnunam. Biz Azərbaycanda, Rusiyada uğurla işləməyi davam etdiririk və Böyük Britaniyada, Almaniyada uğurla start götürmüşük. Lakin hər şey hələ qabaqdadır!

-Yeni ildə hansı layihələri planlaşdırırsınız?

- Növbəti addım Avropanın başqa ölkələrdə konsertim və əlbəttə ki, mənim belə uzun müddətə hazırladığım yeni albom olacaq.

- 2012-ci ildə həmyerlilərinizə arzularınız...

- Hamıya cansağlığı, xoşbəxtlik, arzularının həyata keçməsini və bəzən mənim mahnılarımın altında yaxşı əhval-ruhiyyə arzulayıram. Bayramınız mübarək!

Xəbər lenti

Xəbər lenti