...

Görkəmli bəstəkar Elza İbrahimova ilə vida mərasimi keçirilib

Mədəniyyət Materials 11 Fevral 2012 16:43 (UTC +04:00)
Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Elza İbrahimova ilə vida mərasimi keçirilib.
Görkəmli bəstəkar Elza İbrahimova ilə vida mərasimi keçirilib

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Elza İbrahimova ilə şənbə günü vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan İncəsənət Gimnaziyasında keçirilən vida mərasimində tanınmış sənət adamları və bəstəkarlar - Firəngiz Əlizadə, Siyavuş Kərimi, Arif Qazıyev, Flora Kərimova və başqaları iştirak ediblər.

Elza İbrahimova uzun sürən xəstəlikdən sonra ötən gecə 74 yaşında vəfat edib. Bəstəkar bir müddət öncə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.

İbrahimova 1938-ci il yanvarın 10-da anadan olub. 1992-ci ildən Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi idi.

Mərhum bəstəkar II Fəxri xiyabanda dəfn olunacaq.

Xəbər lenti

Xəbər lenti