...

“YARAT!” Müasir İncəsənət Məkanı Səbinə Şıxlinskayanın master-klassını təqdim edir

Mədəniyyət Materials 15 Yanvar 2013 12:01 (UTC +04:00)
“YARAT!” Müasir İncəsənət Məkanı Azərbaycanın əməkdar rəssamı, Beynəlxalq Muzeylər Komitəsinin və müasir incəsənət kolleksiyası “SİMAM”ın üzvü Səbinə Şıxlinskayanın master-klassını təqdim edir.
“YARAT!” Müasir İncəsənət Məkanı Səbinə Şıxlinskayanın master-klassını təqdim edir

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

"YARAT!" Müasir İncəsənət Məkanı Azərbaycanın əməkdar rəssamı, Beynəlxalq Muzeylər Komitəsinin və müasir incəsənət kolleksiyası "SİMAM"ın üzvü Səbinə Şıxlinskayanın master-klassını təqdim edir.

"MÜASİR İNCƏSƏNƏTDƏ KURATOR-MEDİATOR TƏCRÜBƏSİ"

Dərs müddəti : 10.02.2013 - 10.03.2013

Dərslər rus dilində keçiriləcək

"Kurator fəaliyyəti - müəllifliyin incəsənətdə prinsipial olaraq ayrı formasıdır"
Maks Fray

Kurator ancaq texniki olaraq sərgiləri, muzey işlərini və ya digər art-layihələri təşkil etmir, o həm də həmmüəllif olaraq sayılır, çünki bu və ya digər mövzunun aktuallığını müəyyən edir, müəlliflərlə daimi əməkdaşlıq edərək onlara ideya və layihələrini həyata keçirməkdə kömək edir.

Azərbaycanda ilk dəfə olaraq peşəkar kurator fəaliyyəti haqqında nəzəri və təcrübi master-klass keçiriləcək.

Master-klass iştirakçılarına 4 həftəlik kurs leksiyaları dinləmək şansı veriləcək, harada onlar, kurator və mediatorların fəaliyyətləri barədə nümunələri öyrənmək məqsədi ilə, müasir vizual incəsənət sahəsinin ən uğurlu layihələri ilə tanış olacaqlar.

Kursların keçirildiyi vaxt ərzində iştrakçılara art-layihə hazırlamaq imkanı veriləcək, hansı ki, bu layihələrin arasından müsabiqə yolu ilə seçilən ən yaxşıları dəstəklənəcək və kursun sonunda həyata keçiriləcək.

Səbinə Şıxlinskaya Beynəlxalq Muzeylər Komitəsinin və Müasir İncəsənət Kolleksiyası olan "SİMAM"ın üzvüdür. Rəssamlıq təhsilini Leninqrad (Sankt-Peterburq) şəhərində, V. Muxina adına ali məktəbin monumental rəssamlıq fakultəsində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində almışdır.
S.Şıxlinskayanın bəzi bədii əsərləri - rəsm, qrafika, foto və video instalyasiyalar dövlət və şəxsi kolleksiyalarda özünə yer tutmuşdur; Rusiyada - Dövlət Tretyakov Qalereyasında, Bakıda - Müasir İncəsənət Muzeyində, Türkiyədə - "Humakabakci" kolleksiyasında və s. 1993-cü ildən etibarən Azərbaycanda və xaricdə keçirilən 50-dən çox sərgi və layihəyə kuratorluq edib.

İştirakçı sayı məhdudlaşdırılıb (10 iştirakçıdan çox olmamaq şərti ilə). İştirakçıların seçimi müsabiqə yolu ilə keçiriləcək. Arzu edənlər doldurulmuş anketi bu elektron ünvana göndərə bilərlər: [email protected]. Ərizələr yanvar ayının 31-ciə kimi qəbul edilir.

Daha ətraflı http://www.yarat.az/az/news/66/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti