...

"YARAT!" Bakıda "Future Shorts" qısametrajlı filmlər festivalının yeni qış mövsümünün təqdimatını keçirib

Mədəniyyət Materials 11 Mart 2013 12:06 (UTC +04:00)
Bakıda "28 Cinema Сlub" (28 Mall) kinoteatrında "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunmuş "Future Shorts" qısametrajlı filmlər festivalının qış mövsümünün filmlərinin nümayişi baş tutub.
"YARAT!" Bakıda "Future Shorts" qısametrajlı filmlər festivalının yeni qış mövsümünün təqdimatını keçirib

Bakıda "28 Cinema Сlub" (28 Mall) kinoteatrında "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunmuş "Future Shorts" qısametrajlı filmlər festivalının qış mövsümünün filmlərinin nümayişi baş tutub.
"Secret Cinema"nın və dünyada ən iri "Future Shorts" qısametrajlı filmlər festivalının müəllifləri və yaradıcıları 2013-cü ilin yanvarından martına kimi bütün dünyada yeddi qısametrajlı filmin daxil olduğu festivalın qış mövsümünün açılışını elan edib. Крупнейший в мире фестиваль короткометражных фильмов охватывает 90 стран, 325 городов, 45 тысяч зрителей. Bu film festivalı 90 ölkəni 325 şəhəri 45 min tamaşaçını əhatə edir.
Tamaşaçıların diqqət mərkəzində "Sundance Festivalı"nın münsiflər heyəti tərəfindən mükafatla təltif olunan və somalilərin nöqteyi-nəzərinə əsasən Somali dəniz quldurları haqqında valehedici hekayəni nəql edən "Torsuz Balıq Ovu" (Keniya, 2010-cu il) filmi olub.
Bundan başqa, "Future Shorts" Qısametrajlı Filmlər Festivalında nümayiş olunan əsərlər sırasında "Tervyuren Kralı Marsel" (ABŞ, 2012-ci il) filmini, Vudstok Film Festivalın Münsiflər Heyətinin Mükafatını qazanan "Biz gedirik" (ABŞ, 2011-ci il) filmini, qorxu filminin əlamətləri ilə çəkilən "Cəhənnəmdən S." (ABŞ, 2010-cu il) sənədli əsərini, habelə quş və insan həyatı arasında bənzərlikləri aşkar edən "Vurğunlar" (Çexiya, 2010-cu il) yumoristik məhəbbət hekayəsini və Oskar Mükafatına nominasiya olunmuş, rejissor Patrik Eklundun çəkdiyi "Payız Toxumları" (İsveç, 2009-cu il) filmlərini qeyd etmək olar.
Festival qısametrajlı kino sahəsində ən maraqlı yenilikləri təklif edərək və ən gözlənilməz və valehedici yerlərdə onları göstərərək öz beynəlxalq yayım şəbəkəsini və tamaşaçı auditoriyasını genişləndirməyə davam edir.
Festivalın payız mövsümünün ən yadda qalan nümayişləri sırasında yalnız bir neçə tədbiri qeyd etmək kifayətdir - Honqkonqda keçirilən Clockenflap Festivalı, Monqolustanın "Fers Function House" adlı məkanında nümayişlərin başlanması, Londonun "Edge of Arabia" məkanında nümayişlər, Britaniya Kitabxanasında, Tayvanın Texnologiya Mərkəzində keçirilən seanslar, Londonun İqtisadiyyat Məktəbi ilə yaranan əməkdaşlıq və s. Payız mövsümü ərzində dünyanın 42 ölkəsində və 135-dən çox şəhərində qısametrajlı film nümayişi təşkil olunub. Bu mövsümdə ilk dəfə olaraq festivalın tərəf müqabillərinin sırasına "PEN İnternational" və "Malaria No More UK" təşkilatları da qoşulub.
Payız mövsümündə 25 mindən artıq tamaşaçı nümayişlərə təşrif buyurmaqla ən çox bəyəndikləri əsərə - rejissor Reto Kaffinin 2007-ci ildə çəkdiyi "Zərbə Altında" (Auf der Strecke) filmə səs verib. Film "Future Shorts" Film Festivalının "Tamaşaçıların rəğbəti" mükafatını və xüsusi mükafat qazanıb.
"Future Shorts" qısametrajlı filmlər festivalı dünyanın ən nəhəng və müxtəlif mövzulara meydan oxuyan, qəfildən yaranan film festivalı olaraq qalmaqdadır. Dünyanın istənilən məkanında hər kəs nümayişləri təşkil etməklə bu kinosevərlər, filmləri tədqiq edənlər və sərgüzəştlər axtaran qlobal şəbəkənin bir hissəsi olmaq şərəfinə nail ola bilər.
"FUTURE CİNEMA" layihəsi haqqında
"FUTURE SHORTS", "SECRET CİNEMA", "SECRET SCREENİNG", "THE OTHER CİNEMA", "SECRET RESTAURANT", "SECRET SWIMMING" və "SECRET YOUTH" layihələrinin yaradıcıları filmin nümayişini musiqi, teatr və canlı performans sənəti ilə birləşdirən irimiqyaslı kino layihəsini yaradıb. İlk dəfə olaraq 2005-ci ildə reallaşdırılan "Future Cinema" layihəsi çoxsensorlu gəzintilərin təşkil olunması vasitəsilə böyük tamaşaçı kütləsini yığmağa müvəffəq olan və beləliklə, həqiqətən də cəlbedici hadisəyə çevrilən bir tədbirdir. Bundan başqa, "Future Shorts" agentlik kimi də fəaliyyət göstərir və yaradıcı layihələrə istedadlı şəxsləri cəlb etməklə, habelə brend məhsullar, yeni silsilə buraxılışlar və müxtəlif tərəfdaşlar üçün innovativ təcrübi kampaniyaların keçirilməsi ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti