Azərbaycan, Bakı, 15 may /Trend Life, müxbir D.Babayeva/
YARAT! Müasir İncəsənət Məkanı argentinalı rəssam-dizayner Patrisio Forrester və "Artmongers" yaradıcılıq kollektivinin layihəsini tədim edib. Bu barədə Trend Life məlumat verir.
Layihə "Participate" Public Art Festival çərçivəsində həyata keçirilib və Bakı klinikalarından birində pasiyentlər üçün rahat şəraitin yaradılmasına yönəldilib.
Tədbirdə "YARAT!" təşkilatının təsisçisi Aida Mahmudova, görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Aida Mahmudova bildirib: "Bu gün "Participate" Baku Public Art Festival çərçivəsində uşaqlarla bağlı olan altıncı layihə təqdim olunub. Layihəni Londondan bizə gələn və bir qrup gənclə üç həftəlik kurs keçirən rəssam Patrisio Forrester təqdim edir. Onunla birgə əsas məqsədi uşaqlarda düşüncə tərzinin inkişafı olan bu layihə hazrılanıb. Həm rəqəmlər formasında, həm də başqa obyetklər yaratmağa imkan verən müəyyən miqdarda fiqur yaradılıb. O cümlədən, xüsusi atmosfer yaratmaq məqsədilə otaq yenidən boyanıb".
Respublika Uşaq Kliniki Xəstəxanasının baş həkimi Nərgiz Qasımova bu layihənin həyata keçirilməsinə görə Yarat! Müasir İncəsənət Məkanına, o cümlədən, layihədə iştirakına görə Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib:
"Layihə, çox gözəldir, rəssamlar uşaqların intellektual inkişafı üçün imkanlar yaradırlar. Gənc rəssamların yaratdığı bu guşə, bu oazis, bizim uşaqların sağalması yolunu qısaldır".
Patrisio Forrester deyib: "İdeyası Bakıda yaranan layihə üç həftə ərzində həyata keçirilib. Məqsəd incəsənətin muzey və qalereyalarda yox, onun həqiqətən lazım olduğu qeyri-adi yerlərdə yaradılmasından ibarətdir. Rəssamlar qrupunun üzərində işlədiyi bu layihə uşaqların oynaması üçün meydançadır. Təqdim olunan fiqurlar rəqəmlərə çevrilə bilən dörd moduldur".
O, Bakıya dəvət edildiyinə görə YARAT! Müasir İncəsənət Məkanına öz təşəkkürünü bildirib:
"Buraya gəlmək və sizin mədəniyyət haqqında öyrənmək, möhtəşəm təcrübə idi".
Üç həftə ərzində rəssamlar və könüllülər üç yaşdan 16 yaşa qədər uşaqların müalicə olunduğu Respublika Uşaq Xəstəxanasında oyun zonasının konsepsiyası üzərində işləyiblər.
Layihə iştirakçıları xəstəxananın personalı, pasiyentlər və onların valideynləri ilə müsahibənin seriyasını özünə daxil edən ilkin tədqiqatlar keçiriblər. Otağın bədii tərtibatının hazırlanması zamanı hər bir respondentin fikri nəzərə alınıb.
Nəticədə layihənin əsasında məhz "oyun zonası" şöbənin kiçik pasiyentlərinin üçün ünsiyyəti və qarşılıqlı təsiri, azadlığı və yaradıcılığı üçün ümumi sahə olduğu ideyası dayanır. Tərtibat zamanı universal və aydın ünsiyyət dili olduğu üçün ərəb rəqəmlərindən istifadə olunub. Rəqəmlər dizayn elementi olacaq, böyük və balaca obyektlərin formasını alacaq. Otaqda hər bir əşya çoxfunksiyalıdır, uşaqlar və böyüklər tərəfindən istifadəsi rahatdır.
Layihənin sponsoru "Bank Respublika"dır.