...

Azərbaycanlı rəssam Samir Salahov Batumidə beynəlxalq mədəni təşəbbüsdə iştirak edib

Mədəniyyət Materials 26 Avqust 2013 16:00 (UTC +04:00)
Azərbaycanlı rəssam Samir Salahov Gürcüstanın Batumi şəhərində “Batumi Backyard Stories 2013” beynəlxalq mədəni təşəbbüsdə iştirak edib.
Azərbaycanlı rəssam Samir Salahov Batumidə beynəlxalq mədəni təşəbbüsdə iştirak edib

Azərbaycan, Bakı, 26 avqust /Trend Life/

Azərbaycanlı rəssam Samir Salahov Gürcüstanın Batumi şəhərində "Batumi Backyard Stories 2013" beynəlxalq mədəni təşəbbüsdə iştirak edib.

Bu tədbir 11-25 avqust tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilib və Gürcüstan, Azərbaycan, Rusiya, Türkiyə, Çexiya və ABŞ-dan olan incəsənət xadimlərini birləşdirib.

Layihənin ideyası incəsənət və muzey peşəkarları xadimlərinin kurator seminarı çərçivəsində yaranıb. Layihənin 2012-ci ilin martında Batumidə keçirilməsi ideyasını Nyu-Yorkda yerləşən "Parsons The New School for Design" məktəbinin "Curatorial Design Research" laborotoriyasının direktoru və vizual araşdırmalar professoru Lidiya Metyus (Lydia Matthews) təklif edib. Layihəyə sponsorluğu isə "Açıq cəmiyyət-Gürcüstan" Fondu (Open Society Georgia Foundation) öz üzərinə götürüb.

Seminardan sonra Batumidə yerləşən "Micro-poni" incəsənət təşkilatı layihə hazırladı və 2012-ci ilin avqustunda "Batumi Backyard Stories" layihəsinin pilot versiyasını reallaşdırmaq məqsədilə Tbilisi və Batumiyə incəsənət xadimlərini dəvət etdilər.

"Batumi Backyard Stories 2013" bu layihə çərçivəsində keçirilən ikinci görüşdür ki, incəsənət xadimlərindən ibarət komanda qonşuluqda qalan ailələrlə işləyərək onların mədəni irsini açır və sifarişli bədii instalyasiyalar və köhnə içəri həyətlərdə abidələr yaradırlar.

İctimai bədii installyasiyalar yerli sakinlərin fikrincə, onların mədəni tarixinin ən qiymətli irsinə və gündəlik qayğılarına dəyər verir.

Layihə avqust ayınn 11-də layihənin başlanğıc nöqtəsi olan Eleyna Bukxolça və Devid Dzotzenin "Wandering Nighthouse" https://www.facebook.com/events/650148031671623/ işi ilə öz işinə başlayıb. Seminar və iş prosesi 12-22 avqust tarixlərində keçirilib. Tamaşaçılar tədbirin təntənəli bağlanış mərasiminə və 2013-cü il avqustun 23, 24 və 25-də keçirilən həyət sərgilərinə dəvət olunublar.

"Batumi Backyard Stories" kimi incəsənət sahəsində sosial ictimai layihələrin yaradılması Batumini bütün dünyada keçirilən bir çox müasir mədəni tədbirlərə bağlayır. Bu gün rəssamlar yalnız obyekt və obrazlar yaratmır, həm də araşdırmalar aparır, müasir söhbətlər hazırlayır və yerli cəmiyyət üçün yadda qalan təəssüratlar yaradırlar.

"Batumi Backyard Stories"in təşkilatının rəssam və təşkilatçıları ümid edirlər ki, layihə şəhərdə keçirilən uzunmüddətli illik hadisəyə, yeni ətraf yerlərin illik tədqiqatına və keçmiş, indi və gələcəyin - real və xəyal edilən bir çox gizli tarixinin mədəni sərvətinin üzə çıxarılması hadisəsinə çevriləcək.

Batumi əsl xəzinədir və incəsənət vasitəsilə onun xəzinələri aşkarlana bilər, ümid etmək lazımdır ki, onlar qoruna biləcəklər.

Azərbaycanlı iştirakçı Samir Salahov 1989-cu ildə anadan olub, 2010-cu ildə Azərbaycan Memarlıq-İnşaat Universitetini bitirib. Dörd ildir ki, arxitektura, dizayn və layihələndirmə sahələrində çalışır. Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti