...

"YARAT!" Müasir İncəsənət Məkanı "İçərişəhər" layihəsini təqdim edir

Mədəniyyət Materials 28 Oktyabr 2013 13:01 (UTC +04:00)
Oksana Yuşko və Artur Bondarın rəhbərliyi altında sənədli fotoşəkil üzrə ustad dərslərinin iştirakçılarının birgə sərgisi oktyabrın 28-i “Natavan” qalereyasında öz işinə başlayacaq. Layihə YARAT təşkilatının təhsil proqramı çərçivəsində işlənib hazırlanaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Bank Technique"in dəstəyi ilə həyata keçirilib.
"YARAT!" Müasir İncəsənət Məkanı "İçərişəhər" layihəsini təqdim edir

Azərbaycan, Bakı 28 oktyabr /Trend Life, müxbir Vüqar İmanov/

Oksana Yuşko və Artur Bondarın rəhbərliyi altında sənədli fotoşəkil üzrə ustad dərslərinin iştirakçılarının birgə sərgisi oktyabrın 28-i "Natavan" qalereyasında öz işinə başlayacaq. Layihə YARAT təşkilatının təhsil proqramı çərçivəsində işlənib hazırlanaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Bank Technique"in dəstəyi ilə həyata keçirilib.

Sərgi peşəkar tərcümeyi-halları dünyanın aparıcı informasiya agentlikləri və nəşrləri, eləcə də, "Washington Post", "Le Monde", "Financial Times", "Guradian", "Wall Street" və "Stern" kimi nəşrlərlə əməkdaşlığı özündə birləşdirən Oksana Yuşko və Artur Bondar adlı Rusiya fotoqraflarının Bakıda keçirdikləri bir həftəlik ustad dərslərinin nəticəsi olacaq.
İçəri Şəhər... Qədim qalanın divarları içərisinə və bizim ürəyimizin içərisinə salınmış İçəri Şəhər... O, içimizdə xatirələr oyadan rənglər və səslərlə doludur... Onun dar küçələri və tikililəri həyatın ən əsas anları haqqında xatirələri özündə saxlayır... Hər birimizin bu cür xüsusi şəhərimiz var, elə alışdığımız şəhər mənzərəsinə çox fərdi olan baxışımız kimi.
Ustad dərslərinin 18 iştirakçısından hər biri adətən yad gözlərdən gizli olan və təxəyyülümüzün ehtiyatla qoruduğu Bakını üzə çıxarıb təsvir etməyə çalışdı.

Sərgi 2011-ci ildə Azərbaycan rəssamlarının maraqlarını ölkə və dünya səviyyəsində uğurla təmsil edən YARAT qeyri-kommersiya təşkilatının bu il fəaliyyətə başlayan və müasir və klassik incəsənətin müxtəlif üslublarının birləşdiyi məkan rolunu oynayan "Natavan" qalereyası ilə ilk əməkdaşlıq təcrübəsi olacaq. Azərbaycanlı rəssamların geniş seçimdə sənət işləri nümayiş etdirilən sərgilərdən əlavə, qalereyada, təqdimatlar və ustad dərslərinin keçirilməsi də planlaşdırılıb.

Ünvan: Asəf Zeynallı küçəsi, 6/9 İçəri Şəhər
Sərginin açılışı saat 19:00-da baş tutacaq.
Giriş sərbəstdir

Reporter, Expert, Kommersant, RFE/RL, The New York Times, Guardian (UK), Stern (Germany), Mare (Germany), Financial Times (UK), Le Monde (France), Helsingin Sanomat (Finland), La Vanguardia (Spain), VISION (China), RearViewMirror (Italy), PhotoRAW (Finland), PRIVATE (France), Aftenposten (Norway), 6Mois (France)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti