...

Muzeylərdə ziyarətçilərə keyfiyyətli qulluq göstərilməsi üçün təlim keçirilib (FOTO)

Mədəniyyət Materials 30 Oktyabr 2013 14:14 (UTC +04:00)
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Muzey xidməti, ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi” mövzusunda regional təlim keçirilib.
Muzeylərdə ziyarətçilərə keyfiyyətli qulluq göstərilməsi üçün təlim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Muzey xidməti, ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi" mövzusunda regional təlim keçirilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq İdarəsindən Trend-ə verilən məlumata görə, təlim Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF-in) və YUNESKO-nun birgə layihəsi çərçivəsində MDB ölkələri muzey mütəxəssisləri üçün "Muzeylərin idarə olunması-XXI əsr: YUNESKO/İKOM-un tematik regional treninqləri və muzey menecmenti potensialının inkişafı sahəsində MDB ölkələri ekspertlərinin görüşü" regional tematik təlimlərin davamı olaraq təşkil olunub.

MDB ölkələrinin muzey mütəxəssisləri üçün YUNESKO/İKOM-un regional tematik təliminin Azərbaycanda bu gündən noyabrın 3-dək keçirilməsi nəzərdə tutulub.

Regional tematik təlim YUNESKO-nun Moskva Bürosu və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF-in) birgə layihəsi, Azərbaycanda İKOM Komitəsinin rəhbərliyi ilə "Ekosfera" Sosial-Ekoloji Mərkəzi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO işləri üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi, həmçinin Şəki Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.

Regional tematik təlimin keçirilməsində məqsəd yerli tarix-etnoqrafiya muzeylərinin sosial rolunun gücləndirilməsi, eləcə də muzeylərin ekspozisiya-sərgi fəaliyyətinə müasir standartların tətbiqi və muzey işçilərinin işinin yaxşılaşdırılması, keyfiyyətli muzey xidmətlərinin verilməsindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti