...

IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

Mədəniyyət Materials 17 Oktyabr 2016 12:21 (UTC +04:00)
7-8 noyabr tarixlərində “Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.
IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

Bakı. Trend:

7-8 noyabr tarixlərində “Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransın təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqıdır.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq dörcüncü dəfə təşkil olunan konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən – Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Ukrayna, Avstriya, Birləşmiş Ərəb Əmirlikləryi, Belarus, Hindistan, Gürcüstan, Xorvatiya, Serbiya, İran, İraq, Fransa, İtaliya, Küveyt, Qətər, Litva, Latviya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Yaponiya, Şri Lanka, Sudandan tanınmış mədəniyyət, incəsənət və elm xadimləri Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər edəcəklər. Konfransda BTİ (Beynəlxalq Teatr İnstitutu), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası), BTTA (Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası), ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunacaq.

Konfrans iştirakçıları arasında Litva Parlamentinin təhsil, elm və mədəniyyət komitəsinin sədri Raymondas Palyukas, Novosibirsk vilayətinin mədəniyyət naziri İqor Reşetnikov, BTİ-nin prezidenti Məhəmməd Əlafkham, BTİ-nin baş katibi Əli Mahdi, İFTR prezidenti Cin Qrehem-Cons (ABŞ), Musiqili Teatrlar Beynəlxalq Assosiasiyasının icraçı direktoru Nataliya Zıkova (Rusiya), BTİ-nin Yaxın Şərq ölkələri üzrə müşaviri İbrahim Assiri (Səudiyyə Ərəbistanı), İFTR idarə heyətinin üzvü Boris Daussa-Pastor (İspaniya), ASSİTEJ-in İsrail Milli Mərkəzinin prezidenti Razi Amitai, “Pikkolo” Teatrının bədii rəhbəri Sercio Eskobar (İtaliya), Batumi İncəsənət Universitetinin rektoru Ermile Mesxiya (Gürcüstan), Kəlküttə Universitetinin professoru Priyanka Çaterci (Hindistan), “Trinistra” Dövlət konsert və nəfəs alətləri orkestrinin rəhbəri Deyvidas Stoponkus (Litva), Perm şəhəri “U mosta” Dram Teatrının bədii rəhbəri Seyqey Fedotov (Rusiya), “Tənqidi səhnələr” jurnalının baş redaktoru Savas Patsalides (Yunanıstan), Vyetnam teatrı üzrə ekspert Şuntaro Yoşida (Yaponiya) və başqaları var.

Noyabr ayının 4-də saat 12:00-da Azərbaycan Dövlət Musiqili Teatrında mətbuat konfransı keçiriləcək. Noyabrın 6-da saat 12:00-da Azərbaycan Milli Kitabxanasında misirli alim Abdel Rahman Al Xamissinin ərəb dilinə tərcümə etdiyi “İrəvan xanlığı” (müəllif Y.Mahmudov) kitabının təqdimat mərasimi təşkil ediləcək. 6 və 9 noyabr tarixlərində Azərbaycan Dövlət Rus Dram Teatrında “Karri Marqolis metodu” (Boris Daussa Pastorun seminarı), Azərbaycan Dövlət Musiqili Teatrında “Teatr teatrşünaslardan nə gözləyir” (Pavel Rudnevin seminarı), “Müasir teatrda idarəetmə” (Andrey Sidelnikovun treninqi), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Aktyor sənətində improvizə” (Devid Pərrişin seminarı) mövzularında seminar və treninqlər, habelə beynəlxalq təşkilatların milli mərkəz üzvləri ilə görüşlər keçiriləcək.

Konfrans iştirakçıları üçün noyabrın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Məmmədquluzadənin “Ölülər” tamaşası nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti