...

Macarıstanda Cümhuriyyətin 100 illiyi münasibəti ilə mədəniyyət gecəsi təşkil olunub (FOTO)

Mədəniyyət Materials 16 Aprel 2018 14:49 (UTC +04:00)
Macarıstanın Szeget şəhərində fəaliyyət göstərən Szeget universitetində Beynəlxalq Mədəniyyət Gecəsi (İnternational Cultural Evening) keçirilib.
Macarıstanda Cümhuriyyətin 100 illiyi münasibəti ilə mədəniyyət gecəsi təşkil olunub (FOTO)

Bakı. Trend:

Macarıstanın Szeget şəhərində fəaliyyət göstərən Szeget universitetində Beynəlxalq Mədəniyyət Gecəsi (İnternational Cultural Evening) keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, 230 qonağın iştirakı ilə keçirilən tədbirdə xarici tələbələr öz milli musiqi və rəqslərini nümayiş etdirib, habelə kulinariya müsabiqəsində iştirak ediblər. Adıçəkilən universitetdə təhsil alan azərbaycanlı tələbələr də tədbirə qatılaraq milli rəqslərimizi və mətbəximizin nümunələrini təqdim ediblər.

Müslim Maqomayevin “Azərbaycan” mahnısının canlı ifası ilə çıxışına başlayan azərbaycanlı tələbələr, Tofiq Quliyevin “Biz mehriban ailəyik” mahnısı ilə gecəyə xoş əhval-ruhiyyə qatıblar. Sonra tələbələrimiz milli rəqsimiz olan “Yallı” haqında qonaqlara ətraflı məlumat verərək, bu musiqinin sədaları altında rəqs nömrəsi ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində və səfirliyin dəstəyi ilə təşkil edilmiş tədbir zamanı milli guşədə nümayiş edilmiş Azərbaycan haqqında kitab, broşür və digər çap məhsulları, xüsusilə də milli mətbəximizin nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti