...

YARAT möhtəşəm "Muzeydə gecə - Gecəni fəth et!" layihəsini təqdim edir

Mədəniyyət Materials 24 May 2018 17:04 (UTC +04:00)
YARAT Müasir İncəsənət Mərkəzi mayın 26-da çox maraqlı bir layihə təqdim edəcək.
YARAT möhtəşəm "Muzeydə gecə - Gecəni fəth et!"  layihəsini təqdim edir

Bakı. Trend:

YARAT Müasir İncəsənət Mərkəzi mayın 26-da çox maraqlı bir layihə təqdim edəcək. Həmin gün YARAT-ın bütün məkanları: YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rənqkarlığı Muzeyi və ARTIM Layihə Məkanı Muzeydə gecə – "Gecəni fəth et!" tədbirinin bayram ab-havasına qərq olacaq.

YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək "İstədiyin birinə çevril" bodi art və "Etrusk natiqləri" gəzən heykəllər proqramları sizin axşamınızı yaddaqalan edəcək.

Həmçinin sizlər üçün "Azərkosmos" şirkəti ilə birgə "Təbiət yoxsa insan?" adlı müsabiqə hazırlamışıq. Bu müsabiqə sizləri tamamilə fərqli reallığa səyahətə aparacaq. Həmin səyahətdən qayıdandan sonra isə, öz təəssüratlarınızdan ibarət kollektiv incəsənət əsərləri yaratmaq imkanı qazanacaqsınız.

Axşam saatlarında alov şousuna və ADO kollektivindən sürpriz tamaşaya baxacaqsınız. Gecənin sonunda isə istedadlı DJ-lər Nasa Mareena və Fərhad Fərzəliyevin ifasında elektron musiqi parçalarını dinləyəcəksiniz.

XX-XXI əsrlər Azərbaycan Rənkarlığı Muzeyi

Yaradıcılığınıza tam azadlıq verərək, gül-çiçəklərdən avtoportret hazırlamaq ustad dərsində iştirak edə bilərsiniz. Eyni zamanda dizayner və kolleksiyaçı Natavan Əliyeva tərəfindən təqdim olunmuş, XIX əsrin geyimlərindən ibarət moda nümayişi və "Kostyumlar fərdiyyətimizi necə əks etdirirlər" adlı mühazirəyə qatıla bilərsiniz.

ARTIM Layihə Məkanında

Burada, siz "Məhəllə" kollektivinin əsərlərindən ibarət eyni adlı sərginin açılışında iştirak edəcəksiniz və elektron musiqi parçalarını dinləyəcəksiz.

Proqram:

YARAT Müasir İncəsənət Mərkəzi
Bodi art (16+) – 18:00-21:00 – Çoxtəyinatlı zal (II mərtəbə)
Qeydiyyat üçün: 0502469292. Son tarix: 25 May
"Etrusk natiqləri" gəzən heykəllər proqramı – 19:00, 20:30, 21:30 (Dənizkənarı bulvar)
Təəssüratlarınla bölüş (Aida Mahmudovanın fərdi sərgisi) – 19:30-21:00 (Dənizkənarı bulvar)
Təəssüratlarınla bölüş (Mikelancelo Pistolettonun fərdi sərgisi) – 19:30-21:00 (YARAT Mərkəzinin kitabxanası)
"Təbiət yoxsa insan?" müsabiqəsi – 19:00-21:00 (Dənizkənarı bulvar)
ADO Teatr kollektivindən tamaşa – 19:30-20:30 (Dənizkənarı bulvar)
Fləşmob "Üçüncü cənnət simvolunun qurulması" – 20:30-21:00 (Dənizkənarı bulvar)
Musiqili çıxış (Kamran Rzayev – vokal, Nərgiz Əliyeva –- piano, İbrahim Babayev – tar, Oya Ergün – fleyta və Məhəmməd Məmmədli – akkordeon) – 21:00-22:00 (Dənizkənarı bulvar)
Alov şousu – 22:00-22:15 (Dənizkənarı bulvar)
DJ'lərin çıxışı (Nasa Mareena, Fərhad Fərzəliyev) – 22:15-00:00 (Dənizkənarı bulvar)

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi

Təbii güllərdən avtoportret – 19:00-20:00
Qeydiyyat üçün: 0502469292. Son tarix: 25 May
Dizayner Natavan Əliyeva tərəfindən təqdim olunmuş moda nümayişi – 20:00-20:30
Dizayner Natavan Əliyeva tərəfindən "Kostyumlar fərdiyyətimizi necə əks etdirirlər?" adlı mühazirə – 20:30-21:00

Port Wine & Grill və MAYA Mexican Restoranı/La Vida tərəfindən xüsusi təkliflər – 19:00-22:00

ARTIM Layihə Məkanı
"Məhəllə" sərgisinin açılışı – 19:00
DJ çıxışı – 20:00

Muzeydə gecə – "Gecəni fəth et! " tədbirinin tərəfdaşları Dənizkənarı Bulvar İdarəsi, "Azərkosmos" MMC, Enoteca Meydan, Natavan Apparel, ADO kollektivi və Fleuriste gül butikidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti