YARAT Müasir İncəsənət Mərkəzində ictimai müzakirə təşkil edilib (FOTO)

YARAT Müasir İncəsənət Mərkəzində ictimai müzakirə təşkil edilib (FOTO)

Bakı. Trend:

Fevralın 27-də YARAT Müasir İncəsənət Mərkəzində “Mədəniyyət biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə təşkil edildi.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair müzakirələr aparıldı.

Nazirliklərin, qeyri-hökumət təşkilatlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən forumu KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov açıq elan edərək iştirakçıları salamladı. Bildirdi ki, bu günə kimi sahibkarlar üçün təşkil edilən artıq 8-ci forum öz işinə başlayır və ilk dəfədir mədəniyyət sahəsinə həsr olunub.

***

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı və mədəniyyət sənayesi ilə bağlı fikirlərini bölüşdü. Nazir bu sahədə görülən işlərdən danışaraq kreativ sənaye ilə bağlı forumun keçirilməsini, internet səhifəsinin və müxtəlif assosiasiyaların yaradılmasını yüksək qiymətləndirdi: “Çox sevindirici haldır ki, bu gün biz Kiçik və Orta Biznes nümayəndələri ilə belə bir forumun keçirilməsinə nail oluruq. Azərbaycanda yeni strateji istiqamətlərdən biri olan yaradıcılıq sənayenin formalaşması prioritet məsələdir və bununla əlaqədar Mədəniyyət Nazirliyi digər nazirliklərə birlikdə müxtəlif layihələr həyata keçirir. Bu gün yaradıcılıq sənayesi bazarının müəyyənləşdirilməsi, vahid statistikanın formalaşdırılması, biznes və dövlət qurumları arasında qarşılıqlı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olduqca vacibdir. Bu gün KOBİA ilə birgə keçirilən bu forum yaradıcı sənayenin məqsədləri nədən ibarətdir sualına cavab verməyə imkan yaradacaq”.

Nazir dedi ki, yaradıcı sənaye anlayışı cəmiyyətimizdə son illərə qədər mücərrəd mahiyyət daşıyırdı: “Bu sahədə heç kim dərindən düşünərək addım atmaq fikrində deyildi. Yaradıcı sənayenin rolu, onun inkişafı barədə düşünənlər də az idi. İnsanlar öz fəaliyyətlərini pərakəndə şəkildə davam etdirirdilər. Mən bu günlərdə “Creativ England” təşkilatının rəhbəri ilə görüşdüm. Müzakirələrimiz zamanı biz Azərbaycanda bu sahə ilə bağlı mənzərəni izah etdik və bildirdik ki, Azərbaycan xalqı öz tarixi boyunca yaradıcı xalq kimi qəbul edilib. Buna ən gözəl misal UNESCO-nun Dünya irs siyahısına daxil olan Qobustandır. Qobustan bu gün ona görə bəşəriyyətin mədəni irsinin bir nümunəsi sayılır ki, burada yaşayan insanlar yaradıcı olublar. Onlar öz yaşayış tərzlərini qədim qayalarda əks etdirərək bunu yaradıcılıq yolu ilə gələcək nəsillərə ötürə bildilər. Bu fakt isə bu gün Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin dünyaya tanıdılmasına xidmət edən qiymətli mirasa çevrilə bildi. Heç də əbəs deyil ki, Azərbaycandan UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan faylların sayı digər ölkələrə nisbətdə daha çoxdur. Bu işdə dövlətin, xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etməliyik. Onun UNESCO-nun xoşməramlı səfiri kimi təşkilatda Azərbaycanın mövqelərinin möhkəmlənməsi istiqamətində gördüyü böyük işləri mütləq qeyd etməliyik”.

Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycanın xalqının əsrlər boyu xalçaçılıqdan tutmuş, bayram mərasimləri, xalq yaradıcılığının müxtəlif istiqamətləri üzrə bacarıqları dövrümüzə qədər gəlib çatıb. UNESCO ilə əlaqələr və təbliğat işləri də məhz bu yaradıcılıq mirası üzərində qurulub. Bu gün UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”ndə Bakı və Şəki şəhərlərimiz təmsil olunur. Bu da Azərbaycanın apardığı uğurlu xarici mədəni siyasətin nəticəsidir: “Ona görə də yaradıcılıq sənayesi sahəsində bu sahənin insanların vahid strateji bir mərkəzdə birləşməsi vacib məsələdir. Biz bir il öncə bu sahədə portal yarada bildik və ötən müddətdə böyük addımlar atmağa nail olduq. Bütün yaradıcı insanları bu portala daxil olub orada qeydiyyatdan keçməyə dəvət edirəm. Bu portal mədəni sənayenin ideyasını formalaşdıran bir mənbədir. Hər bir yaradıcı şəxsin bu portala daxil olması istər-istəməz digər yaradıcı insanlarla mübadilə etməsinə geniş imkanlar yaradır. Sevinirəm ki, bu portaldan istifadə edənlərin sayı günü-gündən çoxalır. Biz artıq ilk dəfə olaraq ötən ilin dekabr ayında Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (kreativ.az) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda Nazirlər panelini təşkil etdik. Hər bir qurumun bu işdə mövqeyinin müəyyənləşdirilməsi haqqında ciddi məsələləri müzakirə etdik. Bu sahədə artıq bir neçə müsabiqə elan edilib, bir neçə assosiasiya yaradılıb. Dizayn mükafatı, Bakının loqosu ilə bağlı müsabiqə və s. işləri həyata keçirməyə başlamışıq”.

Nazir mart ayında bu istiqamətdə növbəti toplantının nəzərdə tutulduğunu diqqətə çatdırdı: “Bu gün hamımızın qarşısında bir sual durur: yaradıcı sənaye hansı formalarda inkişaf etməlidir və hansı yaradıcı insan bu sənayeyə daxil ola bilər? Hər addımda biz yaradıcılıqla rastlaşırıq. Kompüter oyunlarının yaradılması, tətbiqi sənət, turizmdən restoran biznesinə qədər hər biri özündə yaradıcı sənayeni ehtiva edir. Yaradıcı mühit bütün biznes və dövlətin iqtisadi inkişafını təmin edən bir istiqamət kimi təyin olunur. Yaradıcı yanaşma olmasa, heç bir uğurlu biznesdən söz gedə bilməz. Biz Mədəniyyət Nazirliyi olaraq bu sahənin mədəniyyətə aid olan bütün sahələrinə dəstək verməyə hazırıq. KOBİA yaradıcı sənaye biznesinin hüquqi bazasının yaradılmasına yardımçı ola bilər. Bbu mühitin formalaşdırılması üçün lazımi şərait yaratmaq tək dövlətin işi deyil, bütünlükdə biznes strukturlarının da dəstək olacağı bir işdir. Yaradıcı mühitin yaradılması əsas məsələlərdən biridir. Bunun üçün uyğun məkanlar, kreativ adalar anlayışı formalaşmalıdır. Biznes yaradıcı gənclərin inkişafına təkan verməlidir. Uşaqlara kreativ düşüncə aşılamalıyıq. Bu iş ictimai hərəkata çevrilməlidir. Biz bu il cənab Prezidentin elan etdiyi “Könüllülər ili” ilə əlaqədar “Kreativ gənclər” hərəkatını genişləndirməliyik. Yaxın vaxtlarda bu yaradıcı gənclərlə işlərə başlanılacaq”.

Əbülfəs Qarayev bugünkü forumda sualların cavablara nisbətən daha çox olacağını dedi: “Çünki biz bu gün yaradıcı sənayenin inkişafının ilkin axtarış formaları barədə düşünürük. Bu sahəyə hansı nöqteyi-nəzərdən baxmağımızı müəyyənləşdirməliyik. Biz bu gün düşüncə potensialımızın gəlirini neftin gəliri ilə bərabərləşdirməyə çalışmalıyıq. Nazirlik olaraq qarşımıza bu məqsədi qoymuşuq və ona doğru gedirik və bütün yaradıcı insanları bu yola qoşulmağa dəvət edirik. Burada maraq ondan ibarətdir ki, kino, teatr, rəssamlıq, əl işləri və s. bu işdə irəlidə olmalıdır və bu bazarı formalaşdırmaq əsas məqsədimizdir. Ümidvaram ki, KOBİA və digər qurumların birgə əməkdaşlığı ilə Azərbaycanda yaradıcı mühitin formalaşdırılmasına yaxın vaxtlarda tam nail ola biləcəyik və ümumi daxili məhsulda yaradıcı sənayenin çəkisi daha böyük rəqəmlərlə ifadə olunacaq”.

***

Tədbirdə çıxış edən KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma kimi müvafiq sektorun Azərbaycan iqtisadiyyatında dəyər yaratma potensialının geniş olduğunu bildirdi. Qeyd etdi ki, qabaqcıl dünya ölkələrində yaradıcı və mədəniyyət sənayelərinin ÜDM-də payı 5%-dən çoxdur, məşğulluqda da payı kifayət qədərdir. Azərbaycanda isə belə göstəricilər haqqında danışmaq hələ tezdir. Sahibkarları dəstəkləyən, onların maraqlarından çıxış edən KOBİA yaradıcı və mədəniyyət sənayesi sahəsində biznesin inkişafına dair ənənəvi sahələr üzrə dövlət və özəl sektorun təmsil olunduğu İşçi Qrupunun yaradılmasını, yaradıcı və mədəniyyət sənayesi sahəsində çalışan KOB-ların dövlət dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirilməsi, bu sahədə biznes assosiasiyanın, yeni təşkilati modellərin, o cümlədən Yaradıcı və Mədəniyyət Sənayeləri üzrə Startap Biznes Mərkəzlərinin, klasterlərin yaradılması və bunun təşviq edilməsini təklif edir.

***

Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə nazirlik tərəfindən hazırlanmış www.creative.az saytına dair təqdimatla çıxış etdi. Diqqətə çatdırıldı ki, portal Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılıb. Layihə üzərində iki il iş aparılıb və 15 ölkənin təcrübəsi öyrənilib. Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və s. haqqında məlumatlar əks olunub. Burada həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək verəcək nüanslar nəzər alınıb.

Şöbə müdiri bildirdi ki, portalın yaradılmasında məqsəd həm də Azərbaycanın yaradıcılıq məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir. Portalın bölmələri haqqında ətraflı məlumat verən Vasif Eyvazzadə dedi ki, burada yaradıcı sənayenin müxtəlif şəbəkələrinin, özəl və dövlət qurumları ilə birbaşa əlaqələrin əhatə olunub.

Daha sonra Əbülfəs Qarayev bir daha bütün iştirakçılara uğurlar arzulayaraq bu sahə üzrə hər bir təklifin nazirlik tərəfindən dəyərləndirildiyini diqqətə çatdırdı. Nazir həmçinin forumun təşkil edildiyi YARAT Müasir İncəsənət Mərkəzinin bir yaradıcı obyekt kimi nümunə olduğunu da vurğuladı.

Tədbir iştirakçıların müraciət və təkliflərinin dinlənilməsi və müzakirələrlə davam etdi.

Bakıdakı aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ilə keçirilib
Bakıdakı aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ilə keçirilib
İngiltərə Premyer Liqasının futbolçuları koronavirusla mübarizəyə yardım fondu yaradıblar
İngiltərə Premyer Liqasının futbolçuları koronavirusla mübarizəyə yardım fondu yaradıblar
Rahib Məmmədov: Bu gün biz bir olub virusun yayılmasının qarşısını ala bilərik (VİDEO)
Rahib Məmmədov: Bu gün biz bir olub virusun yayılmasının qarşısını ala bilərik (VİDEO)
Loading Bars
Xəbər lenti
Bakıdakı aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ilə keçirilib
Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı azalıb
Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub
Binəqədidə karantin rejimini pozan çay evi aşkarlandı (FOTO/VİDEO)
Masallıda saxta vəsiqə hazırlayaraq karantin qaydalarını pozan şəxs saxlanıldı (FOTO)
​KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ (FOTO)
Şəbnəm Həsənova: Bəşəriyyətin sınağa çəkildiyi bir vaxtda Ermənistan öz məkrli siyasətindən əl çəkmədi
Bakıda 42 yaşlı kişi dezinfeksiya spirti içib öldü
Rabitəbankdan özünəməşğulluq proqramına dəstək! (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Koronavirus Yəməndə də qeydə alındı
Ombudsman Aparatının nümayəndələri beynəlxalq onlayn iclasda iştirak ediblər
Bakıda minik avtomobili yük maşınına çırpıldı, ölən var
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır - Salyan sakini Vüqar Mürsəlov
Cənab Prezident, bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik - Bakı sakini Samir Abdullayev
Cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq - Ağdam sakini Hacıağa Hacıyev
Ağcabədidə yeniyetmələr arasında bıçaqlanma olub
Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm - Lənkəran sakini Nurlan İbadov
Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir (FOTO)
BDYPİ: Karantinlə bağlı 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhkumların əfv edilməsi çox düzgün addımdır
Aprelin 10-da xarici valyutaların manata qarşı məzənnələri
Ermənistan silahlıları atəşkəs rejimini 24 dəfə pozub
Sabirabadda kafedə yanğın baş verib
Materik Çində 42 yeni koronavirusa yoluxma halı qeydə alınıb
Azərbaycan neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub (FOTO)
Türkiyədə zəlzələ qeydə alınıb
Meksika neft hasilatını 100 min barel azaltmağa hazırdır
"Microsoft" koronavirusun yayılmasına qarşı mübarizə üçün 20 milyon dollar ayıracaq
Boris Conson adi palataya köçürülüb
Göyçayda yanğın qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 83 min nəfərə yaxın artıb
Türkiyədə koronavirus qurbanlarının sayı 908 nəfərə çatıb
Fransada koronavirusdan ölənlərin sayı 12 mini ötüb
OPEC + ölkələri neft hasilatını sutkada 10 milyon barel azaltmağa dair razılığa gəliblər
Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır - Zaxarova
10 min işsizə birdəfəlik ödəmə köçürülüb
Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı (VİDEO)
Qoruqların gəlirləri 15 dəfə artıb
Məzahir Əfəndiyev: Postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlılığına xüsusi diqqət yetirilməlidir
Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə ünvanlı yardım çatdırıblar (FOTO)
Ötən il 102 ixtiraya patent verilib
Koronavirusa görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb
Avtomobildən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar
Nazirlik işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı suallara aydınlıq gətirib
ATƏT PA-nın Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və təhlükəli adlandırdı
“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başlayıb
UNEC brendi Xorvatiyada da tanındı
BŞBPİ vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə çağırır (FOTO)
"Azərkosmos" "Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi" layihəsini elan edir
Ekokönüllülər hər kəsi qanvermə kampaniyasında iştiraka çağırır (FOTO)
İşəgötürənlərin muzdlu işçilərinə əməkhaqlarının ödənilməsi 2 ay ərzində bərabər hissələrlə həyata keçiriləcək (VİDEO)
Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək
Azercell NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanallarını təqdim edir!
Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edib (FOTO)
Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb
Sumqayıtda avtomobil oğurlayan şəxs saxlanılıb
Keçən il 648 obyektdə tikinti işləri dayandırılıb
“Su-35” və “MiQ-35” təyyarələrinin silahlanmamıza daxil edilməsi hava məkanındakı üstünlüyümüzü dəfələrlə artıracaq
Ucarda F-1 əl qumbarası tapılıb (FOTO)
Aprelin 10-da dolların manata qarşı məzənnəsi
Bakıda heç bir marşrutun fəaliyyətinə məhdudiyyət qoyulmayıb
Bütün marşrut avtobusları dezinfeksiya məhlulları ilə təmin edilib
DYP nəqliyyat vasitələrinə dair etibarnamələrlə bağlı məlumat yaydı
Yasamalda karantin rejimini pozan şəxs məsuliyyətə cəlb olunub
ATƏT PA: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” qeyri-legitim idi
Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında yarış keçirilib (FOTO/VİDEO)
BNA marşrut sahiblərinə tapşırıq verib
BMT ÜST-ün dəstəklənməsi üçün dünya ölkələrinə çağırış edib
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "Evdə qal” kampaniyası çərçivəsində növbəti aksiya keçirib (FOTO)
Elçin Quliyev təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb (FOTO)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
Peşə təhsili üzrə teledərsin sabaha olan CƏDVƏLİ açıqlanıb
Vışeqrad Qrupu ölkələrinin Xarici işlər nazirlərinin videokonfransı keçirilib
Baş Nazir Milli Məclisdə hesabat verib (ƏLAVƏ OLUNUB-4)
Dəniz obyektlərində xidmət aparan neftçilərin növbə dəyişməsinə start verilib (FOTO)
İcbari Sığorta Bürosu koronavirusla bağlı sosial videoçarx hazırlayıb (VİDEO)
Əbülfəs Qarayev vətəndaşların videoqəbulunu keçirib (FOTO)
Deputat Sevil Mikayılova aztəminatlı ailələrə və tənha yaşayan şəxslərə ərzaq yardımı edib (FOTO)
Polşada prezident seçkiləri elektron poçt vasitəsilə keçirilə bilər
Bakıda mağaza yanıb
Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb
İmişlidə ikimərtəbəli ev yanıb
Əli Əsədov: Ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin vacib şərtlərindəndir
Bakıda bir evdən 4500 manat oğurlanıb
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır (VİDEO)
Sahil Babayev: Sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur (VİDEO)
Ziyafət Əsgərov: Koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır
Evdə qal və muzeylərə səyahət et
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
Xaricdən qayıdan azərbaycanlılar Prezident İlham Əliyevə təşəkkür ediblər
Azərbaycanda yeni medal təsis edilir
Milli Məclisin plenar və komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
Siyavuş Novruzov: Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb
Binəqədidə karantin rejimini pozan “play station” salonu aşkarlandı (FOTO/VİDEO)
Ermənistanın Təl-Əvivdə səfirlik açması regionun təhlükəsizliyinə mənfi təsir göstərəcək - RƏYLƏR
İranda epidemiyadan daha 117 nəfər öldü
Bütün xəbərlər