...

Mədəniyyət və Turizm Nazirliyindən sökülən "Bakı" kinoteatrı ilə bağlı açıqlama: ÇOXDAN ÖZƏLLƏŞDİRİLİB

Gündəm Materials 11 Yanvar 2018 16:56 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi "Bakı" kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Mədəniyyət və Turizm Nazirliyindən sökülən "Bakı" kinoteatrı ilə bağlı açıqlama: ÇOXDAN ÖZƏLLƏŞDİRİLİB

Bakı. İlhamə İsabalayeva – Trend:

Mədəniyyət və Turizm Nazirliyi "Bakı" kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə deyib ki, "Bakı" kinoteatrı artıq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində deyil: "Həmin kinoteatr uzun müddət əvvəl özəlləşdirilib".

Qeyd edək ki, "Bakı" kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti