Bakı. Hüseyn Vəliyev - Trend:
“Aztrank” rabitə operatorunun şəbəkəsində yaranmış qüsur CDMA standartında işləyən telefonların şəbəkədən ayrılmasına səbəb olub.
Trend-in məlumatına görə, simsiz şəbəkənin abunəçiləri zəng etmək və zəngləri qəbul etmək imkanından məhrum olub.
Qeyd olunur ki, problem operatorun kanalının sönməsi nəticəsində yaranıb:
“Şəbəkənin işinin nə zaman bərpa olunacağı məlum deyil, amma zənglərin şəbəkə daxilində edilməsi artıq mümkündür. Hələlik digər operatorlara zəng etmək mümkün deyil”.
Bir müddət əvvəl şirkətdən verilən məlumata görə, “Aztrank” bu il öz fəaliyyətini dayandıra bilər. Bu məsələ ilə bağlı yekun qərar şirkətin səhmdarları tərəfindən qəbul olunacaq.