...

Azərbaycan Sənaye Korporasiyasında YENİ TƏYİNAT

Gündəm Materials 10 İyul 2018 13:35 (UTC +04:00)
İlqar Veysəl oğlu İsayev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktor müavini təyin olunub
Azərbaycan Sənaye Korporasiyasında YENİ TƏYİNAT

Bakı. Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Veysəl oğlu İsayev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktor müavini təyin olunub.

Trend-in məlumatına görə, İlqar İsayev bu təyinatadək Maliyyə Nazirliyinin Sosial yönümlü layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycan Prezidenti İlham Əliyevin 6 noyabr 2017-ci il fərmanı ilə yaradılıb. Müəssisənin baş direktoru vəzifəsini Kamran Nəbizadə daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti