...

Şahdağ Milli Parkında qanunsuz ov cəhdinin qarşısı alınıb

Gündəm Materials 4 Sentyabr 2018 15:04 (UTC +04:00)
Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb.
Şahdağ Milli Parkında qanunsuz ov cəhdinin qarşısı alınıb

Bakı. Samir Əli - Trend:

Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb. Onlardan iki ov tüfəngi və 15 güllə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı qanun pozucularının Qəbələ rayonunun Abrıx kənd sakinləri Mahir Aşurov və Rafiq Abdullayev olduğu müəyyənləşib.

Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti