...

Qafqaz qoruğunda oğru tülkü peyda oldu

Hadisə Materials 25 Sentyabr 2018 14:41 (UTC +04:00)
Rusiyanın cənub-şərqində yerləşən Qafqaz qoruğunda tülkü turistlərin əşyalarını oğurlayıb
Qafqaz qoruğunda oğru tülkü peyda oldu

Bakı. Trend:

Rusiyanın cənub-şərqində yerləşən Qafqaz qoruğunda tülkü turistlərin əşyalarını oğurlayıb.

Trend-in məlumatına görə, tülkü turist çadırlarının birindən dəmir fincan, bıçaq, duz qabı və kasa aparıb.

Turistlər bildirib ki, tülkü insan səslərindən və işıqlardan qorxmayaraq çadırda axtarışı davam etdirib və bu əşyaların olduğu kisə ilə birgə bölgədən uzaqlaşıb.

Qoruq direktorunun sözlərinə görə, qoruq ərazisində “oğurluqla” məşğul olan 3 tülkü müşahidə olunub. Tülkülər müxtəlif əşyalar, balıq oğurlayır, bəzən toyuq hinlərinə də girirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti