...

ADY dəmir yolunda baş verən qəza ilə bağlı məlumat yaydı

Gündəm Materials 1 Oktyabr 2018 15:26 (UTC +04:00)
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.
ADY dəmir yolunda baş verən qəza ilə bağlı məlumat yaydı

Bakı. Samir Əli - Trend:

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.

Qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, bu gün günorta saatlarında Binə mənzilində ağır qəza hadisəsi baş verib:

"Təxminən 14.35 radələrində 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti