...

Siyənək məhsullarında sağlamlıq üçün zərərli maddələr tapıldı

Gündəm Materials 3 Yanvar 2019 16:55 (UTC +04:00)
Rusiya İstehlakçılar İttifaqının ekspert mərkəzi ölkə ərazisində müxtəlif siyənək məhsullarında qüsurlar aşkar edib
Siyənək məhsullarında sağlamlıq üçün zərərli maddələr tapıldı

Bakı. Trend:

Rusiya İstehlakçılar İttifaqının ekspert mərkəzi ölkə ərazisində müxtəlif siyənək məhsullarında qüsurlar aşkar edib.

Trend-in məlumatına görə, bəzi məhsullarda mezofil mikroorqanizmlərin normadan dörd dəfə artıq olduğu üzə çıxıb.

Bundan başqa “A’More” şirkətinin məhsullarında bağırsaq çöpü aşkar edilib.

Bəzi siyənək konservlərində isə yağlılıq dərəcəsi normadan 59 faiz aşağı, bəzilərində zülal dərəcəsi az olub.

Yoxlamalar nəticəsində 4 növ məhsul İstehlakçılar İttifaqının qara siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti