...

Yekaterinburqdan Bakıya daha bir reys açılacaq

Gündəm Materials 15 Mart 2019 11:04 (UTC +04:00)
Yekaterinburqdan Bakıya daha bir reys açılacaq.
Yekaterinburqdan Bakıya daha bir reys açılacaq

Bakı. Trend:

Rusiyanın Yekaterinburq şəhərindən Azərbaycanın paytaxtı Bakıya yeni reys açılacaq.

Trend-in məlumatına görə, iyunun 18-dən "İrAero" aviaşirkəti tərəfindən Koltsovo aeroportunda Bakıya daha bir reys təşkil ediləcək.

Təyyarələr Uralın paytaxtından çərşənbə axşamları saat 17:30-da uçacaq, saat 12:30-da isə Heydər Əliyev Beynəlxalq Hava Limanından geri dönəcək. Uçuşlar 103 yerlik "Sukhoi Superjet 100" təyyarələri ilə həyata keçiriləcək, 3 saat davam edəcək.

Yeni aviareysin açılması ilə Yekaterinburqdan Azərbaycana birbaşa reyslərin sayı həftədə 3-ə çatacaq.

Qeyd edək ki, "Ural Hava Yolları" şirkəti həftədə iki dəfə (cümə axşamı və bazar) Bakıya uçuşlar icra edir.

Bakı Koltsovo hava limanından populyar uçuş istiqamətlərindən biridir. 2018-ci ilin yekunu üzrə Azərbaycan paytaxtına 24 min sərnişin daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti