...

Rusiyada çayda batan şəxsin kimliyi bilindi - meyiti Azərbaycana göndərilir

Gündəm Materials 13 May 2019 14:47 (UTC +04:00)
Rusiya Federasiyasının Başqırdıstan Respublikasında çayda batan azərbaycanlı gəncin meyiti tapılıb.
Rusiyada çayda batan şəxsin kimliyi bilindi - meyiti Azərbaycana göndərilir

Bakı. Ceyhun Ələkbərov - Trend:

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında çayda batan azərbaycanlı gəncin meyiti tapılıb.

Bu barədə Trend-ə Başqırdıstan Respublikasında Azərbaycan diasporunun sədri Mirzə Dadaşov məlumat verib.

Onun sözlərinə görə, çayda batan şəxs Başqırdıstanın Ufa şəhərinə işləməyə gəlibmiş. Ölən şəxs subay olub və işləmək üçün sənədi də olmayıb:

"Şamaxı rayonundan olan həmyerlimiz 1995-ci il təvəllüdlü Məmmədov Elşən Nuhməmməd oğlu may ayının 11-də Ağ çayda boğularaq ölüb. Axtarışlardan sonra onun meyitini ötən gün tapmaq mümkün olub. Hazırda meyit morqdadır, yaxın vaxtlarda Azərbaycana, ailəsinə təhvil verilməsi üçün göndəriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti