Bakı. Samir Əli - Trend:
Bu ilin 8 ayı ərzində Bakı şəhərində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə küçə və prospektlərdə 3200 yol nişanı quraşdırılıb.
Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, həmçinin hesabat dövründə yol nişanları ilə bağlı 112 vətəndaş müraciəti təmin edilib.
Ümumilikdə yol nişanları ilə bağlı illik hədəfin 57 faizi təmin edilib.