...

Media azadlığının əsas prinsipləri açıqlanıb

Gündəm Materials 10 Dekabr 2021 11:44 (UTC +04:00)
Media azadlığının əsas prinsipləri açıqlanıb

Bakı. Trend:

Azərbaycan Respublikasında media azaddır, media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır.

Trend-in məlumatına görə, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Media sahəsində fəaliyyət azadlığı yalnız bu qanun və media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində bu qanunun tələblərinin pozulması halları aşkar edildikdə Azərbaycan Respublikası Audiovizual Şurası və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti