...

BMT-nin baş katibi dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb

Gündəm Materials 27 Dekabr 2021 07:44 (UTC +04:00)

Bakı. Trend:

Hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır.

Trend-in məlumatına görə, bu barədə BMT baş katibi Antonio Qutteriş öz "Twitter" səhifəsində yazıb.

A.Quterreş bildirib: "COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Hazırkı səhiyyə sistemi böhranını həll edərkən, növbəti vəziyyətə hazırlaşmalıyıq".

BMT rəhbəri çağırış edərək qeyd edib: "Beynəlxalq epidemiyaya qarşı hazırlıq günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni verək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti