...

Ermənistan təxribat-diversiya qrupunun üzvü saxlanılıb - DSX

Gündəm Materials 24 Aprel 2022 19:27 (UTC +04:00)
Ermənistan təxribat-diversiya qrupunun üzvü saxlanılıb - DSX

Bakı. Trend:

Məlumat verildiyi kimi, aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur edilmişlər.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti