...

Həbs edilən gömrük generalının şikayəti rədd edildi

Gündəm Materials 30 İyun 2022 16:53 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbs edilən, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun Səbail rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarı ilə E. Xəlilovun şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti