...

Azad edilmiş ərazilərdəki yataqların qanunsuz istimarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət hazırlanıb - Agentlik

Gündəm Materials 17 Yanvar 2023 12:09 (UTC +04:00)
Azad edilmiş ərazilərdəki yataqların qanunsuz istimarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət hazırlanıb - Agentlik
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilmiş ərazilərdəki yataqların qanunsuz istimarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət hazırlanıb.

Trend-in məlumatına görə, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, ""Söyüdlü" qızıl yatağında 112,5 ton resurs olub: "Həmçinin "Vejnəli"də 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, "Dəmirli" yatağında 457 min ton mis, "Qızıbulaq" yatağında 13,7 ton qızıl olub. Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb", - agentlik sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti