...

Bu halda xaricdə oxuyan tələbə Azərbaycanda universitetə köçürülə bilməz

Gündəm Materials 27 Fevral 2023 16:27 (UTC +04:00)

Bakı. Trend:

Tələbə yalnız attestatla gedib başqa ölkədə universitetə qəbul edilibsə, daha sonra o, Azərbaycanda universitetə köçürülə bilməz.

Trend-in məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, müəyyən edilən qəbul qaydaları var.

“Bu qaydalar nəzərə alınaraq, onlar əgər bu şərtləri ödəmirsə, köçürülmə prossesi edilmir”,- deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti