...

"Microsoft" "DDoS" hücumları ilə üzləşib

Gündəm Materials 22 İyun 2023 15:57 (UTC +04:00)
"Microsoft" "DDoS" hücumları ilə üzləşib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Microsoft" "DDoS" hücumları ilə üzləşib.

Trend-in məlumatına görə, "Microsoft"un "Azure", "Outlook" və "Teams" kimi mühüm xidmətlərinə qarşı "DDoS" hücumlarının həyata keçirildiyi ortaya çıxıb. "Microsoft" şirkəti iyunda baş verən kəsintilərin kiberhücumlar nəticəsində baş verdiyini təsdiqləyib. Şirkət bu hücumlarla mübarizəsinin 15 saat çəkdiyini bildirib.

"Microsoft"un dərc etdiyi bloq yazısına görə, hücumun şirkətin müəyyən xidmətlərində trafikin əhəmiyyətli dərəcədə artdığını və bu artımın "DDoS" hücumu olduğunu qeyd edib. Araşdırma nəticəsində heç bir müştərinin məlumatlarına daxil edilmədiyi bildirilib.

"Microsoft" hücuma görə məsuliyyət daşıyan qrupu “Storm-1359” adlandırıb. Şirkətin bəyanatına görə, təcavüzkarlar "Outlook" və "Teams" kimi xidmətlərin serverlərini sındırmaq üçün dünyanın müxtəlif IP ünvanlarından "milyonlarla sorğu" göndəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti