...

Faydalı qazıntıların çıxarılması ilə əlaqədar 364 istismar sahəsinə monitorinq keçirilib - Samir İdayətov

Gündəm Materials 7 İyul 2023 11:34 (UTC +04:00)
Faydalı qazıntıların çıxarılması ilə əlaqədar 364 istismar sahəsinə monitorinq keçirilib -  Samir İdayətov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci ilin aprel ayından başlayaraq Agentlik tərəfindən respublika ərazisində faydalı qazıntıların çıxarılması ilə əlaqədar 2020-ci ildə 190, 2021-ci ildə 512, 2022-ci ildə 440, 2023-cü ilin altı ayı ərzində isə 364 olmaqla, ümumilikdə 1506 istismar sahəsinə monitorinq keçirilib.

Trend xəbər verir ki, bu sözləri iyulun 7-də keçirilən mətbuat konfrasında Dövlət Mineral Xammal Ehtiyalarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov deyib.

Onun sözlərinə görə, mMonitorinq işləri yataq sahələrinə yerində baxış, müasir texniki avadanlıqların istifadəsi ilə əldə olunmuş məlumatlar və peyk görüntülərinə əsasən yerinə yetirilmişdir. Toplanılmış informasiyaya uyğun təhlillər aparılmış, uçot və hesabatlılıq təmin edilmiş, müəyyən edilmiş 342 qanunsuz fəaliyyət ilə əlaqədar müvafiq hüquqi tədbirlər həyata keçirilib.

"Belə ki, qanunsuz fəaliyyət ilə bağlı 2020-2022-ci illər ərzində Agentliyin İdarə Heyətinin Qərarı ilə əsasən çay yataqlarında icazə şərtlərini pozmuş yer təki istifadəçilərinə verilmiş 97 icazə sənədi ləğv edilmiş, hüquqi və fiziki şəxslər barəsində ümumilikdə 160 protokol (fiziki şəxslərlə bağlı 112, hüquqi şəxslərlə bağlı 48), fiziki şəxslərlə bağlı 111 inzibati tənbehvermə haqqında qərar, hüquqi şəxslərlə bağlı isə məhkəmələrə edilmiş müraciətlər əsasında 40 məhkəmə qərarı qəbul edilib".

Samir İdayətov qeyd edib ki, 2021-ci ildən başlayaraq monitorinqlərin nəticəsində yer təki istifadəçilərinə verilmiş icazə sənədində qeyd olunan şərtlərin yerinə yetirilməməsi, həmçinin icazə sənədi olmadan yer təkinə qanunsuz müdaxilə halları aşkar edilmiş və bu istiqamətdə hüquqi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə fəaliyyətə başlanılıb.

"Aşkar edilmiş qanunsuz fəaliyətlə bağlı tərtib edilmiş akt və arayışların digər hissəsi hüquqi qiymət verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

Aparılmış monitorinq tədbirləri çərçivəsində qanun pozuntusunun təkrarlanması hallarına da rast gəlinmişdir. Belə ki, bir sıra yer təki istifadəçiləri tərəfindən bir neçə dəfə qanunsuz istismar işlərinin aparıldığı aşkar edilmiş və hüquqi tədbir görülməsi üçün toplanmış məlumatlar AR Baş Prokurorluğuna göndərilmişdir. Bunlardan Mirislam MMC, SND group MMC, Taleh A.T müəssisəsi, VVN MMC və b. göstərmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti