...

Masallıda bazarda baş verən yanğın söndürülüb (VİDEO) (YENİLƏNİB)

Gündəm Materials 6 Oktyabr 2023 19:18 (UTC +04:00)
Masallıda bazarda baş verən yanğın söndürülüb (VİDEO) (YENİLƏNİB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Masallı şəhərində bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Trend-ə FHN-dən xəbər verilib.

xxx

17:00

Xəbər verildiyi kimi, Masallı şəhərində bazar ərazisində yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub.

FHN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

15:51

Masallı şəhərində yerləşən və Köhnə bazar adı ilə tanınan ticarət mərkəzində yanğın başlayıb.

Trend xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti