...

Səkkiz milyard illik radiodalğalar aşkarlandı

Gündəm Materials 21 Oktyabr 2023 12:40 (UTC +04:00)
Səkkiz milyard illik radiodalğalar aşkarlandı
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyalı astronomlar Yerə çatması 8 milyard il çəkmiş radiodalğaların yaratdığı sirli partlayışı aşkar ediblər.

Trend-in məlumatına görə, "Science" jurnalında dərc edilən araşdırmaya görə, "Fast Radio Bursts" (FRB) adlı radiodalğalarından biri 8 milyard illik səyahətindən sonra Yerə çatıb.

Tədqiqatçılar FRB 20220610A adlı dalğanın dalğa uzunluğunun bir millisaniyədən az davam etdiyini bildiriblər.

Tədqiqatçılardan biri Stuart Rayder “Australian Square Kilometer Array Pathfinder (ASKAP)” adlı radio teleskopu ilə dalğanın haradan gəldiyini təsbit etdikdən sonra dalğanın gəldiyi qalaktikanı axtardığını qeyd edib.

Rayder aparılan araşdırmalar nəticəsində bu dalğanın digər FRB-lərdən çox daha uzaqdan gəldiyinin və bir neçə qalaktikanın birləşdiyi partlayış nəticəsində əmələ gəldiyinin aşkar edildiyini ifadə edib.

Digər tədqiqatçı Rayan Şennon da FRB-lərin kainatın kütləsini hesablamaq üçün istifadə oluna biləcəyini bildirib. Şennon qeyd edib ki, FRB-lər qalaktikalararası ionlaşmış materialı aşkar edə bilir.

2007-ci ildə ilk FRB kəşf edildikdən sonra indiyədək 50 FRB-nin mənşəyi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti