...

Günəş küləyinin sürəti azalaraq, maksimal sürət 473 km/san qeydə alınıb

Gündəm Materials 24 Oktyabr 2023 20:17 (UTC +04:00)
Günəş küləyinin sürəti azalaraq, maksimal sürət 473 km/san qeydə alınıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat dövrü ərzində Günəş fəallığı kifayət qədər zəifləmişdir.

Bu barədə Trend-ə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Günəş ləkələrinin sayı azalaraq 2 ləkə qrupunda 25 ləkə müşahidə olunur. Helioseysmoloji müşahidə və araşdırmalar zamanı Günəşin görünməyən üzündə ləkə aşkarlanmamışdır. Maksimal sinifli alışma isə C 9.6 sinifli alışma olmuşdur. Yerə qismən istiqamətlənmiş bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəşin səthində geoeffektiv Tac dəlikləri müşahidə olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 183 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Qeyd olunub ki, hesabat dövründə Günəş küləyinin sürəti azalaraq, maksimal sürət 473 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin maksimal göstəricisi Yer orbitində 34 nT, radial istiqamətdə isə -10 nT-ə kimi yüksəlmişdir. Hal-hazırda Günəş küləyinin sürəti 385 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.48 nT, radial istiqamətdə isə -1.37 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi qeyri-sabit və aktiv səviyyələrdə olmuşdur. 21 oktyabrda geomaqnit sahəsinin fəallığı qısa müddətdə G1 səviyyəsinə yüksəlmişdir. Hal-hazırda geomaqnit sahəsi sakitdir. (Kp=0.33)

Proqnoz günlərində (24 - 30 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 20%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinə növbəti bir neçə gündə mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri gözlənilir.

Geomaqnit sahəsinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 25 oktyabradək qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti