...

Ötən gün təhvil verilən silah-sursatın sayı açıqlanıb

Gündəm Materials 29 Noyabr 2023 09:55 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirilir

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 ədəd tapança, 4 qumbara, 2 ədəd alışdırıcı, 4 patron darağı, 94 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 4 tüfəng, 1 ədəd patron darağı və 35 ədəd patron aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti