...

Azərbaycanda cinayətkarlığın dinamikası açıqlanıb - CƏDVƏL

Gündəm Materials 26 Yanvar 2024 16:05 (UTC +04:00)
Azərbaycanda cinayətkarlığın dinamikası açıqlanıb - CƏDVƏL
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il üzrə Azərbaycanda cinayətkarlığın dinamikası açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev bu gün keçirilən geniş kollegiya iclasında məlumat verib.

Məlumatlara əsasən 2023-cü ildə baş vermiş cinayət hadisələrinin satistikası aşağıdakı kimidir:

İllər üzrə 2022 2023
Qəsdən adam öldürmə 171 178
Qəsdən adam öldürməyə cəhd 61 65
Qəsdən sağlamlığa ağır zərər vurma 334 318
Zorlama və zorlamaya cəhd 16 19
Mənimsəmə və ya israf etmə 262 317
Oğurluq 7794 6951
Dələduzluq 4246 5622
Soyğunçuluq 268 204
Quldurluq 103 71
Narkotik vasitələrin qanunsuz dövriyyəsi 10 665 10 057

Qeyd edək ki, yanvarın 26-da Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib. Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti