...

Türkiyədə iki ay arzində zəlzələ bölgəsində 75 min mənzil təhvil veriləcək - Ərdoğan

Gündəm Materials 3 Fevral 2024 18:54 (UTC +04:00)
Türkiyədə iki ay arzində zəlzələ bölgəsində 75 min mənzil təhvil veriləcək - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Hatay vilayətində ötən ilin fevral ayında baş verən zəlzələdən zərər çəkmiş şəxslərə yeni tikilən mənzilərin açarlarının verilməsi mərasimi keçirilib.

Trend-in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdən iştirak edib.

Dövlət başçısı bildirib ki, bu gün 7 min 275 vətəndaşa evlərin açarları təqdim edilib.

Türkiyə Prezidenti qeyd edib ki, 2 ay ərzində zəlzələ bölgəsində 75 min mənzilin təhvil verilməsi tamamlanacaq. R.T.Ərdoğan yardım göstərən ölkələrə öz təşəkkürünü bildirib:

"Başda 11 min 500 əcnəbi qrup üzvü olmaqla, 35 min axtarış-xilasetmə heyətimizə, səhiyyə işçilərimizə, meşə işçilərimizə və bütün qardaşlarımıza öz adımdan təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti