...

Məcburi köçkün düşdüyümüz torpaqlara oğlumla qayıdıram – Füzuli sakini

Gündəm Materials 22 Aprel 2024 07:59 (UTC +04:00)
Məcburi köçkün düşdüyümüz torpaqlara oğlumla qayıdıram – Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Oğlum yaşında məcburi köçkün düşdüyüm Füzuliyə indi oğlumla birlikdə qayıdıram.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Tahir Abbasov deyib.

Onun sözlərinə görə, doğma yurda, Füzuliyə qayıtdığı üçün sevincinin həddi-hüdudu yoxdur.

“Ali Baş Komandanımıza dərin minnətdarlığımızı bildirirəm. Məhz onun uzaqgörən siyasəti nəticəsində 31 ildən sonra biz öz yurdumuza geri dönürük. Torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərə cansağlığı diləyirəm”, - deyə o bildirib.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 172 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti