...

Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Gündəm Materials 27 Yanvar 2025 11:19 (UTC +04:00)
Qanunsuz saxlanılan silah-sursat aşkar olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 25-də və 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 pulemyot, 1 qumbaraatan, 4 tapança, 1 qumbara, 2 alışdırıcı, 16 tüfəng, 12 patron darağı və 4090 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti