...

İstanbulda leysan nəticəsində ölən azərbaycanlı, Türkiyəyə qazanc dalınca gedibmiş

Hadisə Materials 15 Oktyabr 2007 14:28 (UTC +04:00)
İstanbulda leysan nəticəsində ölən azərbaycanlı, Türkiyəyə qazanc dalınca gedibmiş

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ İstanbulda leysan yağışları nəticəsində həlak olan azərbaycanlı Türkiyəyə qazanc dalınca gedibmiş. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib. İstanbulda oktyabrın 13-də gecə saatlarından başlayan leysan yağışları 3 nəfərin ölümünə səbəb olub. Həlak olanlardan biri, Azərbaycan vətəndaşı Aydın İsmayılov toxuculuq fabrikində işləyirmiş.

Azərbaycanın İstanbuldakı konsulu Səyyad Aranın sözlərinə görə, İsmayılov, xəstəxanaya aparılarkən, yolda vəfat edib.

Xəbər lenti

Xəbər lenti