...

Helikopterin qəzaya uğramasi faktı ilə bağlı cinayət işinə başlanılıb

Hadisə Materials 12 İyul 2009 20:36 (UTC +04:00)
Helikopterin qəzaya uğramasi faktı ilə bağlı cinayət işinə başlanılıb

Azərbaycan, Bakı, 12 iyul / Trend , K.Zərbəliyevə /

"Azal "a məxsus  "Mİ-8" helikopterinin qəzaya uğramadı faktı ilə bağlı cinayət işi başlanıb, Azal Hava Yolları" Dövlət Konserni (AzAL), Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilir.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən  Cinayət Məcəlləsinin hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb.

Bu  gün saat 16-30 radələrində "AzAL"-a məxsus "Mİ-8" vertolyotu Çilov adası ərazisində 4-cü blokdan havaya qalxarkən dənizə düşmüb. Gəminin göyərtəsində 3 nəfər ekipaj üzvü və 3 nəfər fəhlə olub.

Hadisə yerinə "AzAL", Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun rəhbər heyəti və istintaq-əməliyyat qrupu çıxıb.

Dövlət Mülki Aviasiya Administrasiyasının rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xilasetmə əməliyyatlarına müvafiq qurumların vertolyotları, helikopterləri, gəmiləri və dalğıc heyəti cəlb edilib. Aparılan xilasetmə əməliyyatları nəticəsində gəminin kapitanı Alik Əliyev, ikinci pilot Vitaliy Nekrasov, gəmi mexaniki Adil Əzimov, fəhlə Aydın Talıbov xilas edilib, digər iki fəhlə Rafiq Nemətov və Viktor Mostavenkonun tapılması üçün axtarışlar davam etdirilir.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın qaynar xətt telefon nömrələri aşağıdakılardır: 566-54-06, 566-54-07

Xəbər lenti

Xəbər lenti