...

Azərbaycanın Ağdaş rayonunda baş vermiş yanğın zamanı bir nəfər ölüb-FHN

Hadisə Materials 21 Dekabr 2009 14:48 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının məlumatına görə, Ağdaşın Ləki qəsəbəsində ümumi sahəsi 20 kv.m. olan birmərtəbəli 1 otaqlı fərdi yaşayış evi tamamilə yanıb.
Azərbaycanın Ağdaş rayonunda baş vermiş yanğın zamanı bir nəfər ölüb-FHN

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Ağdaş rayonunda baş vermiş yanğın zamanı bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının məlumatına görə, Ağdaşın Ləki qəsəbəsində ümumi sahəsi 20 kv.m. olan birmərtəbəli 1 otaqlı fərdi yaşayış evi tamamilə yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 84 yaşlı Allahverdi Hacıbaba oğlu İsgəndərovun cəsədi aşkarlanıb.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti