Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda polisə yalan məlumat verən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, aprelin 11-də saat 01.07 radələrində özünü təqdim etməyən şəxs Sabunçu qəsəbəsi ərazisindəki taksofondan DİN-in "102" Xidmətinə zəng edərək "Sabunçuda bomba var" deyərək dəstəyi asıbr.
Dərhal Sabunçu RPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində polisə yalan məlumatı vermiş Göyçay rayon sakini Orxan Həbubullayev saxlanılmışdır.
Bakıda polisə yalan məlumat verən şəxs saxlanılıb
Bakıda polisə yalan məlumat verən şəxs saxlanılıb
