Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Qubada yol qəzasında 9 yaşlı uşaq ölüb.
Daxili İşlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 2-də saat 17:00 radələrində Quba rayonunun Bostankeç kəndi ərazisində Xınalıq kənd sakini Kəbir Xasməmmədov "NİVA" markalı avtomaşını idarə edərkən onu Qudyalçay çayına aşırıb.
Qəza zamanı Xasməmmədovun sərnişini - 9 yaşlı Məhəmməd Orucov hadisə yerində ölüb, özü və oğlu, 9 yaşlı Kəmaləddin xəsarat alaraq xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri ağırdır.