...

FHN: Xəzərdə itən iki qayığın axtarışına gəmilər də cəlb olunub

Hadisə Materials 9 Dekabr 2011 17:16 (UTC +04:00)
Xəzərin Azərbaycan hissəsində itən iki qayığın axtarışına gəmilər cəlb olunub.
FHN: Xəzərdə itən iki qayığın axtarışına gəmilər də cəlb olunub

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Xəzərin Azərbaycan hissəsində itən iki qayığın axtarışına gəmilər cəlb olunub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 6-7-də 2 qayıq şəxsi məqsədlərlə Pirallahı adası ətrafında dənizə çıxıb və mühərriklərində yaranmış nasazlıq səbəbindən dalğaların və axının təsirindən Xaçmaz rayonu istiqamətində üzüb, qayıqlarla əlaqə kəsilib.

Cümə axşamı Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin vertolyotu qayıqların axtarışına başlayıb, amma axtarışlar nəticə verməyib.

Məlumata görə, bu gün səhər saatlarından etibarən nazirliyin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin gəmiləri, habelə Aviasiya dəstəsinin vertolyotu qayıqların axtarışlarına başlayıb.

Xəbər lenti

Xəbər lenti