...

Masallıda ağır yol qəzası: 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Hadisə Materials 15 Mart 2012 09:39 (UTC +04:00)
Masallıda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
Masallıda ağır yol qəzası: 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir K.Zərbalıyeva/

Masallıda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

Masallı Rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, dünən axşam saat 20:30 radələrində Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində "VAZ 2107" markalı 10 KT 939 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn İrana aid olan "Volvo" markalı yük avtomobilinin yoluna çıxaraq onunla toqquşub.

Qəza zamanı avtomobildə olan 3 nəfər hadisə yerində keçinib, 2 nəfər xəsarət alıb.

Dünyasını dəyişənlər rayonun İşgədərə kənd sakinləri olublar. Xəsarət alan iki qardaşın həyatı üçün təhlükə olmadığı bildirilir.

Faktla bağlı Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti