...

Bakıda üç "Mercedes" yanıb

Hadisə Materials 3 Avqust 2012 09:34 (UTC +04:00)
Bakıda iki minik avtomobili toqquşub, yanğın baş verib.
Bakıda üç "Mercedes" yanıb

Azərbaycan, Bakı, 3 avqust / Trend müxbir K.Zərbalıyeva/

Bakıda iki minik avtomobili toqquşub, yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda "Mercedes" və "Oka" markalı minik avtomobilləri toqquşub. Nəticəsində yanğın baş verib. "Mercedes" yanıb. Yanğından yaxınlıqdakı avtomobillər mühafizə olunub.

Xətai rayonunda isə sahibi məlum olmayan iki "Mercedes"avtomobili yanıb. Yanğından yaxınlıqdakı evlər mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti