...

Son üç gündə 11 iranlı Xəzərdə boğulub

Hadisə Materials 20 Avqust 2012 15:21 (UTC +04:00)
Son üç gündə 11 iranlı Xəzərdə boğulub. Boğulma halları əsasən Xəzər sahilində yerləşən Gilan əyalətinin Rəşt, Lahican, Bəndər Ənzəli və Rizvanşəhr şəhərləri ərazində olub.
Son üç gündə 11 iranlı Xəzərdə boğulub

Azərbaycan, Bakı, 20 avqust /Trend müxbir T. Cəfərov/

Son üç gündə 11 iranlı Xəzərdə boğulub. Boğulma halları əsasən Xəzər sahilində yerləşən Gilan əyalətinin Rəşt, Lahican, Bəndər Ənzəli və Rizvanşəhr şəhərləri ərazində olub. Trend-in məlumatına görə, bu barədə İranın rəsmi telekanalının internet saytı "iribnews" məlumat yayıb.

Məlumata görə, boğulan şəxslərin əksəriyyəti digər şəhərlərdən istirahət üçün dəniz kənarına gəlmiş şəxslər olub. Boğulan şəxlsərdən üçü 8-10 yaşlı uşaq olub.

Məlumata əsasən, çimərlik mövsümü başlayandan indiyədək Gilan əyalətində ümumilikdə Xəzərdə 35 iranlı boğulub. Bu rəqəm ötən illə müqayisədə 14 nəfər çoxdur.

Xəbər lenti

Xəbər lenti