...

Bakıda 5 avtomobil toqquşub, ölən və yaralananlar var

Hadisə Materials 7 Oktyabr 2012 01:13 (UTC +04:00)
Bakıda 5 avtomobil toqquşub, ölən və yaralananlar var
Bakıda 5 avtomobil toqquşub, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, E. Hüseynli/

Bakıda 5 avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxtın Nobel prospektində, "Asiman" şadlıq sarayının yaxınlığında "Hyundai Sonata" markalı avtomobil şəhər istiqamətinə gedərkən əks istiqamətə çıxaraq qarşıdan gələn 4 avtomobil ilə toqquşub.

Hadisə yerində olan polis əməkdaşlarının verdiyi məlumata görə, qəzaya səbəb "Hyundai Sonata" markalı maşının yüksək sürətlə hərəkət etməsi olub.

ilkin məlumata görə, qəza nəticəsində ölən və xəsarət alanlar var.

Xəbər lenti

Xəbər lenti